-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Zibillik altında itib-batan, məhv edilən Gəncə tarixi - VİDEO

Qədim Gəncənin Qala Qalıqları tarixdən silinir

17:00:43 | 2019-10-27

Qədim Gəncənin ərazisi qoruq adlanmasına baxmayaraq Gəncənin qədim qala divarları, şəhərin qalıqları məsuliyyətsizlik üzündən tarixdən silinmək üzrədir...

GancaPost saytı xəbər verir ki, Gəncənin canlı tarixi torpağın, zibilliyin altında məhv olub gedir. Burada onlarla tarixi maddi-mədəniyyət nümunəsinin qalıqlarına rast gəlmək olur.
Amma, hazırda əraziyə kanalizasiya suları axıdılır. Hətta, qədim qalanın daxilindən şəhərin kanalizasiya sistemi çəkilib.

Görəsən, Gəncə şəhərinin aidiyyatı qurumları hara baxır, nə işlə məşğuldur?

Bu gün Qala divarlarının, qədim Gəncənin qalıqlarının zibilliyin altından təmizləyib üzə çıxarmaq lazımdır!

Nə üçün bu məkan təmizlənib, yüngül bərpa edilib xarici ölkələrdə olduğu kimi şəhər sakinlərinin və şəhərə gələn turistlərin ziyarəti üçün açılmasın?

İstənilən şəhərin qədimliyini sübut edən onun tarixi yerləri, tikililəri, abidələridir!
Boş-boşuna Gəncənin yaşı ilə bağlı rəqəmlər səsləndirmək nəyə lazımdır!

İndi Gəncədə demək olar ki, barmaqla sayılası tarixi abidələrdən başqa tarixi heç nə qalmayıb, XIX əsrdən qalan bəzi abidələri də Gəncənin keçmiş İcra başçısının zamanında yerlə-yeksan etdilər...

Heç olmasa Azərbaycan tarixinin ən unikal məkanlarından birini, tarixi min ildən artıq olan bu qədim ərazini təmizləyib, normal hala salıb gələcək nəsillərə saxlamaq lazımdır, hələ ki gec deyil...


ETİKET :  

Daha Çox