Yunis Səfərova ömürlük həbs cəzası istənildi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərova prokuror ömürlük həbs cəzası verilməsini istəyib.

Dövlət ittihamçısı martın 30-da məhkəmədə çıxışı zamanı deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında hakim Əfqan Hacıyev bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığını və çıxışlar mərhələsinin başlandığını elan edib.

Daha sonra çıxış edən prokuror iddia edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrorçuluq, qəsdən adam öldürməyə cəhd, dövlət çevrilişi, qanunsuz silah saxlama və sair ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən keçmiş icra başçısı və onu mühafizə edən polisi odlu silahla öldürməyə cəhddə suçlanan Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim MustafayevAkif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet AbdullayevCeyhun Salahova 19, Cəfər ZalovCeyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar BağırovAğa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Daha sonra müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 13-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR