Yunis Səfərov: “Düz Elmarın yanına gəldim, silahı çəkdim, açılmadı...”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun məhkəmə dindirilməsi davam etdirilib.

GancaPost.info "Azadlıq" radiosuna istinadən xəbər verir ki, o, prokurorun suallarına cavabında hadisə vaxtı polis əməkdaşına xəsarət yetirmək niyyətində olmadığını deyib: "Burada deyir ki, icra başçısının mühafizəçisi deyiləm, yalan deyir, ona cangüdənlik edirdi. İcra başçısı işdən çıxan vaxt getdim, icra hakimiyyətinin pilləkənləri ilə çıxanda ətrafdakı polislər soruşdular ki, hara gedirsən? Həmin vaxt Elmar Vəliyev də çıxırdı, bu da yanında. Bu, mənə tərəf gələndə məcbur olub silahı çıxartdım. Düşündüm ki, çəkilər, amma çəkilmədi. Bir dəfə vurdum, yıxılmadı, ikinci dəfə atəş açdım. Düz Elmarın yanına gəldim, aramızda heç bir metr məsafə olmazdı. Silahı çəkdim, açılmadı. Gördüm güllə atmır, silahın dəstəyindən tutub başından vurdum".

Onunla mühakimə olunan digər təqsirləndirilən şəxslər haqda verilən sualları cavablandıran Y. Səfərov deyib ki, icra başçısını vurmaq onun öz planı olub, digərlərinin bu məsələyə aidiyyəti yoxdur. Onun sözlərinə görə, əgər dəstə şəklində fəaliyyət göstərsəydilər, kimsə icra başçısını izləyərdi, onun getdiyi yeri müəyyənləşdirərdi, silah tapıb verərdilər: "Yoxsa, mən niyə gedib bankın mühafizəçisinin silahını götürüb qaçırdım? Yaxud da niyə gizli bir yerdə yox, icra hakimiyyətinin binasında, o qədər adamın içində bu işi görürdüm? Mən necə dəstə başçısıyam ki, qalmağa yerim yox idi..."

Y.Səfərov vurğulayıb ki, "İndi burada baş verənlər mənə riyakarlıq kimi görünür. Prokuror sakitcə bir-bir sualları verir, mən də cavablandırıram. İstintaqda isə mənimlə heyvan kimi davranırdılar".

Gəncədə baş verənlərdən sonra belə bir məlumat yayılmışdı ki, Y.Səfərovun qadın ailə üzvləri icra başçısının qəbuluna gedib, orada kobudluqla qarşılaşıb. Bu üzdən Y.Səfərov qisas alıb. Amma özü bu haqda deyilənlərin yalan olduğunu, qəsdən belə şayiənin dövriyyəyə buraxıldığını deyir: "İstəyirdilər ki, bu hadisənin şəxsi qisasçılıq zəminində baş verdiyi görüntüsünü yaratsınlar. Halbuki, hamısı yaxşı bilirdi ki, belə deyil. Mən bunu Elmarın bütün əhaliyə elədiklərinə görə törətmişəm. Sanki böyük bir yanğın baş verir, mən də istəmişəm ki, ora heç olmasa, yarım vedrə su atmaqla əlimdən gələni edim..."

Y. Səfərov İranın Qum şəhərində ailəsi ilə birlikdə kirayə qaldığını təsdiqləyib. O bildirib ki, həmin şəhərdə təhsil alıb. O, digər təqsirləndirilən şəxslərlə bağlı və bir sıra başqa suallara cavab verməkdən imtina edib. Y. Səfərovun dindirməsi davam edir.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR