-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Yollarda DYP maşınlarının maketi qoyuldu

Qəzaların sayını azaltmaq məqsədi ilə YPX maketlər düzür.

23:04:07 | 2019-07-28

Azərbaycanın avtomobil yollarında sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketinin tətbiqinə başlanılıb.

GancaPost xəbər verir ki, hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, sosial şəbəkələrdə yayılmış fotolar Azərbaycanda çəkilib.

Qeyd edilib ki, uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlər rayonlar istiqamətində (gediş və gəliş) magistral yollarda düzüləcək və hazırkı mərhələdə Bakıda tətbiqi nəzərdə tutulmur. Maketi uzaqdan görən sürücülər qayda pozmaqdan çəkinəcəklər. Bu maketlərin yerləri mütəmadi olaraq dəyişdiriləcək. "Məqsəd yol qəzalarının sayını minimuma endirməkdir", - deyə, əlavə olunub.


ETİKET :  

Daha Çox