Yeni erməni təxribatları: Gəncəbasar, Naxçıvan, indi də XƏRİTƏ

Ermənistan rəhbərliyi bu ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribata əl atdı. Qarabağı işğal altında saxlayan rəsmi Yerevanın gərginliyin istiqamətini dəyişməsi ciddi suallar doğurdu.

Doğrudur, Tovuz və Qazax rayonları istiqamətində əvvəllər də atəşkəsin pozulması halları müşahidə olunub. Ancaq iyul hadisələri zamanı düşmən tərəfi gözlənilmədən mövqelərimizi artilleriya atəşinə tutdu və bu istiqamətdə strateji əhəmiyyətə malik Qaraqaya yüksəkliyindəki postu ələ keçirməyə cəhd etdi.

Modern.az xatırladır ki, xarici analitiklər baş verənləri kortəbii toqquşmadan irimiqyaslı döyüş əməliyyatlarına çevrilən təsadüfi insident adlandırsa da, döyüşlərin üzərindən keçən iki ay Paşinyan hökumətinin hərbi gərginliyi öncədən planlaşdırdığını göstərir.

Sələfi Serj Sarkisyan Aprel döyüşləri zamanı məğlubiyyətə uğradığı kimi, Nikol Paşinyan da qısa hakimiyyəti dövründə Naxçıvanın Günnüt kəndi istiqamətində ordumuzun müdafiə xarakterli peşəkar əməliyyatının nəticəsi ilə hesablaşmalı oldu.

Bu iki faktın Ermənistan rəhbərliyində yaratdığı natamamlıq kompleksi, cəmiyyətlərində yaşanan psixoloji gərginlik, ruh düşkünlüyü Paşinyanı Tovuz istiqmətində "uğurlu əməliyyat" avantürasına sürüklədi. Amma Qaraqaya yüksəkliyi uğrunda 12-16 iyul döyüşləri növbəti dəfə düşmən qüvvələrinin məğlubiyyəti ilə başa çatdı.

Ermənistanın Tovuz istiqamətində hücumunun təsadüfi olmadığını isə sosial şəbəkələrin erməni seqmentində aktiv paylaşılan bu xəritə sübut edir. Qarabağla yanaşı, Azərbaycanın Naxçıvan və Gəncəbasar ərazisini də növbəti işğal hədəfi seçən rəsmi Yerevan son illər aldığı sarsıdıcı məğlubiyyətlərə baxmayaraq, işğalçılıq niyyətindən hələ də əl çəkməyib. Doğrudur, bu xəritəni heç saymaq da olar. Ancaq görünən odur ki, Ermənistan bütün istiqamətlərdə təxribatları davam etdirir.

Biz isə Ermənistan təxribatlarına cavab verməklə məşğuluq. Axı Ermənistan təxribatları bitmir, tükənmir, biz ömrümüzü yalnız bu təxribatlara cavab verməkləmi sona verəcəyik?

Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, biz bütün sahələrdə hücum taktikasını tutmalıyıq. Və bu işdə hər bir sahədə çalışan azərbaycanlının üzərinə böyük yük düşür.

Nə yazıq ki, tarixçilərimizin başı "Arsak" sözünü müzakirə etməyə qarışıb. Və az qala bütün sahələrdə bu kimi işlərlə məşğuluq.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR