Yeltsini Qarabağdan Gəncəyə niyə qaçırtdılar?

Yeltsinin təhlükəsizliyini təmin edən general-mayor Boris Ratnikov həmin hadisələri belə xatırlayır:
"Bizdə prezidentin səfərləri ilə bağlı esktrasenslərin məsləhətlərini dinləyirdilər. Onlar liderə qarşı ola biləcək addımlardan xəbər verirdilər və bir çox hallarda bu doğru çıxırdı. SSRİ dağılmışdı, lakin Yeltsin yenicə müstəqil olan ölkələr arasında birləşdirici rol oynamağa çalışırdı. Qarabağda artıq toqquşmalar başlamışdı və Yeltsin ora getməyə qərara gəldi. O hesab edirdi ki, onun Qarabağa səfəri hər şeyi yoluna qoyacaq. Lakin ekstrasenslər deyirdilər ki, Yeltsin bölgəyə səfər edərsə, bu, vəziyyəti daha da çətinləşdirəcək və Qafqazda böyük müharibəyə səbəb olacaq. Yeltsin isə buna inanmadı və səfəri hazırlamaq üçün mən Azərbaycana gəldim. Azərbaycan prezidenti Ayaz Mütəllibovla vəziyyət haqqında danışdım, biz 40 dəqiqə müzakirə apardıq. Qərara gəldik ki, Yeltsini Qarabağa uçmamağa inandırmaq lazımdır. Mütəllibov bunu öz öhdəsinə götürdü. Yeltsin Azərbaycana gəldi və ziyafət quruldu. Mütəllibov içmədi, lakin Yeltsin içdi. Yeltsinin içdiyini görən Mütəllibov ona Qarabağa getməməyin ən doğru yol olacağını başa salmağa cəhd etdi, lakin Yeltsin "Uçacam, amma səni özümlə aparmayacam" dedi. Daha sonra Yeltsin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə danışdı və ona Qarabağa birlikdə getməyi təklif etdi. Onlar birlikdə Qarabağa uçdular. Mən və Mütəllibov ikinci vertolyotla onların arxasında getdik. Hər iki vertolyot yerə endi: birindən Nazarbayevlə Yeltsin çıxdı, digərindən Mütəllibovla mən. Yeltsin Mütəllibovu gördü və hirsləndi. Dedi ki, "mən onu görmək istəmirəm. Mən bilmədim nə edim. Sonra Mütəllibovu binada mühafizə ilə qoydum və ondan xahiş etdim ki, Yeltsinin gözünə görünməyin. Daha sonra Yeltsinin çıxış etməsi üçün xüsusi yer hazırlandı. 30 metr aralıda milislərdən canlı sədd yaradıldı. Həmçinin, "Alfa" xüsusi təyinatlılarına tapşırıq verdim ki, camaatı irəli gəlməyə qoymasınlar. Boris Yeltsin sülh şəraitində yaşamaq haqqında alovlu nitqinə başladı, lakin gözlənildiyi kimi, insanlar irəli şığıdılar və torpaqlarının ermənilərə verildiyinə görə etiraz etməyə başladılar. "Alfa" insanların qarşısını güclə alırdılar, lakin onlar geri çəkilmirdi. Bu vaxt Boris Nikolayeviç geri çəkildi və biz onunla Nazarbayevi Gəncəyə aparmağa məcbur olduq. Yeltsin dilxor olmuşdu və əhvalının düzəlməsi üçün Gəncəyə gələn kimi yenidən içdi və yatdı. Onun sülh missiyası belə başa çatdı. Ardınca həqiqətən də Qarabağda böyük müharibə başlandı. Ekstrasenslərin proqnozları doğru çıxmışdı".

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR