-- Adversting 9 --
-- Adversting 10 --

“3000-ə yaxın azərbaycanlı minaya düşüb”

3000-ə yaxın azərbaycanlı minaya düşüb. 525 nəfərin həlak olduğu bildirilir.

00:32:10 | 2021-03-26

“İşğaldan azad edilən ərazilərdə elə yerlər var ki, ermənilər orada hər kvadratmetrdə 10-dan çox mina basdırıblar”.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3 000-ə yaxın vətəndaş minaya düşüb.

Onun sözlərinə görə, onlardan 525 nəfəri həlak olub: "Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq”, - deyə Səfixanov vurğulayıb.


ETİKET :  

Daha Çox