-- Adversting 9 --
-- Adversting 10 --

“Yanukoviçin pulları” ABŞ-dan Ukrayna dövlət xəzinəsinə qaytarılıb

“Yanukoviçin pulları” ABŞ-dan Ukrayna dövlət xəzinəsinə qaytarılıb.

02:03:18 | 2021-05-09

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ailəsi və yaxın ətrafına "aid" olan $1,5 milyard dollar Ukraynanın dövlət büdcəsinə qaytarılıb.

Ukrayna Xarici İşlər Nazirinin müavini Yevgeni Yenin Ukrayna televiziya kanalında verdiyi açıqlamasında bu pulun 87% -nin nağd şəkildə olduğunu bildirib.

"Bunlar bəzi mifik qiymətli kağızlar deyil, bu $1,3 milyard dollar nağd pul və təxminən $200 milyon dollarlıq qiymətli kağızlardır" - deyə, Yenin söyləyib.

Onun sözlərinə görə, "Yanukoviçin pullarının" qaytarılması Ukraynanın cari dövlət borcunun $1,5 milyard dollar azalmasını təmin edib.

"ABŞ ilə ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq Amerikadan $600 min dolları geri qaytardıq" - Yenin deyib.

Ukrayna Xarici İşlər Nazirinin müavini söhbətin Viktor Yanukoviç və onun ən yaxın çevrəsinin hakimiyyəti dövründə cinayət təşkilatından getdiyini vurğulayıb.

"Onlar Ukraynanın hər yerindən, iqtisadiyyatın bütün sahələrindən bu pulu öncə Ukraynada "yuyublar", daha sonra yardımçı mərkəzlərindən istifadə edərək pulları beynəlxalq "yuyulma" mərkəzlərinə ötürüblər", nazir müavini bildirib.

Yevgeni Yenin Yanukoviçin keçmiş və onun yaxın çevrəsinin aktivlərinin geri qaytarılması ilə bağlı işlərin davam etdiyini qeyd edib. Bu barədə Ukraynanın UNİAN Agentliyi məlumat yayıb.

2014-cü il fevralın 22-də Yanukoviç Ukraynanın Ali Radası tərəfindən səlahiyyətlərindən uzaqlaşdırılıb.

Yanukoviçə qarşı çoxsaylı cinayət işləri başladılıb. 2015-ci il fevralın 4-də Ukrayna Ali Radası Viktor Yanukoviçi Ukrayna prezidenti vəzifəsindən məhrum edilməsi barədə qanun qəbul edib.


ETİKET :  

Daha Çox