-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Xocalının sabiq polis rəisi: “Gəncənin Polis rəisindən helikopter aldıq…”

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 28 il ötür.

16:45:25 | 2020-02-25

1992-ci il fevralın 26-da erməni silahlı dəstələri 366-cı motoatıcı diviziyanın köməyi ilə Azərbaycanın Xocalı şəhərini yer üzündən silib, əhalisini qətlə yetiriblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının törədilməsində Ermənistan silahlı qüvvələri ilə yanaşı Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayı da iştirak edib. Bütün bunlar bütün dünyaya məlum olsa da, amma hələ də Xocalı soyqırımına ədalətli qiymət verilməyib. Bunlarla yanaşı Xocalı soyqırımı ilə bağlı müxtəlif zamanlarda fərqli fikirlər səsləndirilib.

GancaPost saytı xəbər verir ki, hadisələrinin canlı şahidi, Xocalının keçmiş Polis şöbəsinin rəisi Sabir Məmmədov “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

- Sabir müəllim, belə deyirlər ki, Xocalının müdafiəsini təşkil etmək, faciənin qarşısını almaq olardı. Qırğının qarşısını mümkün idimi?

- Faciənin baş verməsinin qarşısını almaq olardı, niyə olmurdu ki? Dövlət səviyyəsində kömək olsaydı, əlbəttə Xocalı soyqırımın qarşısı alınardı. Biz öz təşəbbüsümüzlə bir ədəd “Mi-26” helikopteri gətirdik və onun vasitəsilə Xolcalıdan 300 adam çıxartdım. Təxliyyə işi dövlət səviyyəsində təşkil olunsaydı, 5-6 helekopter verilsəydi, əhalinin hamısını Xocalıdan çıxara bilərdik. O vaxt ölkə rəhbərliyinə teleqram vururduq, deyirdik ki, kömək edin, amma bizi eşidən yox idi. Bizə cavab verirdilər ki, təlaş yaradırsız. Sonra məcbur olduq Baş nazir Həsən Həsənova müraciət etdik. Həsən Həsənovun köməkliyi ilə Gəncənin Polis İdarəsinin rəisi olan Eldar Həsənovdan bir ədəd “Mi-26” helikoter, 2 ədəd də “Krakadil” qoruyucu aldıq. Fevral ayının 13-də 300 nəfər sakini Xocalıdan çıxardıb Gəncəyə gətirdik, oradan da Ağdama.

- Dediniz ki, fevralın 13-də Xocalıdan 300 nəfər çıxartmısız. Amma soyqırım fevralın 25-dən 26-na keçən gecə baş verib. Bu müddət ərzində niyə heç kimi çıxarda bilmədiniz?

- Noyabrda Əsgəran keçidini, Şuşa-Ağdam yolunu bağlamışdılar. Ancaq hava yolu qalmışdı. Bizə də helikoter vermirdilər. Səbuhi Hacıyevin, Həsən Həsənovun gücü çatmadı helikoter almağa. O vaxt dedilər ki, icazə vermirlər, ora helikopterin gəlməsi təhlükəlidir. Bu cür bəhanələr gətirirdilər.

- Xocalı rəhbərliyindən kimlər var idi sizə dəstək verən?

- O vaxt hamımız orda idik. Xocalı İcra Hakimiyyətinin başçısı, mən, digər şəxslər də var idi. Bizim gücümüz ancaq telefonla zəng etməyə çatırdı. Ona da ki qulaq asmırdılar. Xocalıdan camaatı çıxarmağın iki yolu vardı: hərbi yolla və helikoterlə, yəni hava yolu ilə. Amma bizə heç kim kömək etmirdi. Çörək, un, ərzaq, silah yox idi.

Camaatı əliyalın çıxarmaq mümkün deyildi. Belə bir ağır vəziyyətdə nə edə bilərdik? İndi kənardan danışanlar çox şey deyir. Amma orada olanlar vəziyyətinin necə olduğunu bilirlər. Əgər Əsgəran yolu bağlı idisə, o tərəfdən də Xankəndi, sağdan və soldan isə 20 erməni kəndindən topla, “qrad” qurğusu ilə Xocalı atəşə tutulurdu. Belə bir vəziyyətdə camaat nə edə bilərdi? Balta, yaba, dəhrə ilə tankın qabağına çıxmaq mükündürmü? Əlbəttə yox!

O vaxt ölkədə kreslo davası gedirdi. Başları ona qarışmışdı. Xocalıda qırğın olanda o vaxt Daxili İşlər naziri Tofiq Kərimov demişdi ki, 2 adam ölüb, deyirsiz qırğındı. Amma Xocalını yerlə yeksan etdilər. Xocalıdan çəkilişlər var, Çingiz Mustafayev, Seyidağa Mövsümlü, türk müxbir Ahmet Sel faciəni çəkiblər. Xocalıda baş verənlər o kadrlarda açıq şəkildə görünür. Təsəvvür edin ki, 366-cı alay tankla, topla Xocalıya hücuma keçmişdi.

Əliyalın insanlar onun qabağına çıxa bilərdimi? 366-cı alayda general-mayor, polkovnik, polkovnik-leytenant, mayor rütbəsində 35 erməni zabiti var idi. Onların göstərişi ilə Xocalını dağıtdılar, azərbaycanlılara qarşı soyqırım etdilər.


ETİKET :  

Daha Çox