-- Adversting 9 --
-- Adversting 10 --

“Xankəndi özünə mer seçə bilsin, amma Bakı, Gəncə şəhərləri yox...”

“Ola bilməz ki, Xankəndi özünə mer seçə bilsin, amma Bakı, Gəncə şəhərləri yox - bu məsələ də həll olunmalıdır”

17:13:25 | 2021-08-15

“Prezident İlham Əliyev Xankəndi və ərtafında yaşayan 25 min civarında onlan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə inteqrasiya olunmasının vacibliyindən danışıb, doğru olan da budur”.

GancaPost.info-nun xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

“Bir önəmli məsələ var, biz "Azərbaycanlı" sözünü üst kimliyə çevirməliyik - "Azərbaycanlı" etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır, ölkədə yaşayan hər kəsi qucaqlayan, birləşdirən dəyərdir. "Azərbaycanlı" məfhumunu etnik mənsubiyyət kimi qəbul etmək doğru deyil. Ona görə də Xankəndi və ətrafında yaşayanlar erməni əsilli azərbaycanlılardır, onları ölkənin siyasi-iqtisadi-sosial-mədəni həyatına inteqrasiya etmək üçün yollar tapılmalı, bunun üçün ifadələr də doğru seçilməlidir. Sonrakı mərhələdə ölkə vətəndaşlarının tamamı siyasi inteqrasiya və təmsilçilik haqqı əldə etməli, bunun üçün yerliözünüidarə institutları yaradılıb gücləndirilməlidir. Məsələn, ola bilməz ki, Xankəndi özünə mer seçə bilsin, amma Bakı, Gəncə, Lənkəran, Şəki və digər şəhərlər yox, bu məsələ də həll olunmalıdır.

Azərbaycanlı=Vətəndaşlıq tanıtımı=Hamımızı birləşdiriən üst kimlik...” - deyə Natiq Cəfərli qeyd edib.


ETİKET :  

Daha Çox