-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Xan Bağı”nda təhlükəli ağaclar kəsilir

“Xan Bağı” qurumuş ağaclardan təmizlənir.

14:14:03 | 2019-09-06

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən "Xan Bağı"nda qurumuş ağaclar budanır. Təhlükə yaradan ağaclar isə kəsilir.

İdarədən verilən məlumata görə, bununla əlaqədar olaraq şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dörd maşını və 30 canlı qüvvəsi əraziyə cəlb olunub.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sözügedən parkda bir neçə yaşlı, irigövdəli quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə bağlı tədbirlər həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlara məlumat verib.


ETİKET :  

Daha Çox