-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Xan Bağı”nda bəzi ağaclar quruyub - Təhlükə

“Xan bağı”nda bir neçə irigövdəli ağac kəsiləcək.

13:24:18 | 2019-08-16

“Xan bağı” parkında bir neçə yaşlı, irigövdəli ağaclar quruyub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fitosanitar müşahidələri davam etdirir.

GancaPost saytı xəbər verir ki, AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları Gəncə şəhərində 6 ha ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər həyata keçirib.

Monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda irigövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub.

Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş irigövdəli ağacların (bitkilərin) xəstəlik və zərərverici ilə sirayətlənmə halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, irigövdəli ağacların (Eldar şamı, Akasiya, Kiparis, Kağız ağacı və s.) quruması müşahidə olunub.

Sözügedən parkda quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə bağlı tədbirlər həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlara məlumatlar verilib.


ETİKET :  

Daha Çox