-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir

GencePost.com xəbər verir ki, FutbolPlyus qəzeti “Kəpəz”də baş verənlərlə bağlı Gəncə futbolunun “xaç atası” sayılan Mehman Allahverdiyevin fikirlərini öyrənib.

22:17:24 | 2019-01-22

“Kəpəz”dən ayrılandan stadiona getməmişəm. Klubun düşərgəsində başverənlər barədə də ondan-bundan eşidir, mətbuatdan xəbər tuturam. Açığı, klubun bu günə düşməsinə görə ürəyim ağırıyır. “Kəpəz”i öz övladım kimi sevirəm, övladının ağır duruma düşməsinə hansı ata sevinər?! Çox üzülürəm, əsəbləşirəm. Hazırda rəhbərlik olmadığından futbolçular maaş ala bilmirlər. Fikrimcə, Elxan Məmmədov qısa müddətdə bu problemi həll edəcək. O həmişə Gəncə futboluna diqqətlə yanaşıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev də klubun ayaqda qalmasına kömək edib. Ümid edirəm ki, yenə də belə olacaq. Komandanın belə vəziyyətə düşməsinə görə azarkeşlər də narahatdırlar. Dəfələrlə mənə zəng vurub ürəkağrısı ilə əvvəlki “Kəpəz”i görmək istədiklərini söyləyirlər”.

GencePost.com xəbər verir ki, bu sözləri Futbol Plyus qəzetinə “Kəpəz”də başverənlərlə bağlı Gəncə futbolunun “xaç atası” sayılan Mehman Allahverdiyev deyib.
“Gəncəli futbol veteranları ilə bir araya gəlib “Kəpəz”in düşdüyü vəziyyəti müzakirə etmişik və bu gün də edirik. Onlar da çox məyusdurlar. Hər gün Azərbaycanda hansısa yeni klubun yarandığını, iş adamlarının ora yatırım etdiklərini eşidir və ya mediada oxuyuruq. “Kəpəz” isə nə bu günün, nə dünənin komandasıdı. Klubun tarixi ənənəsi, qazandığı titullar var. Buna baxmayaraq, hazırda “Kəpəz” çox çətin durumdadı. AFFA rəhbərliyi olmasaydı, bəlkə də artıq fəaliyyətini dayandırmışdı. Niyazi müəllimlə şəxsən tanışlığım olmasa da, şəhər sakinləri ondan razılıq edir. Kim onunla görüşübsə, üzləşdiyi problem qısa müddətdə həllini tapıb. Fikirləşirəm ki, yaxın vaxtlarda mən də bir qrup veteranla birgə onunla görüşüm, “Kəpəz”lə bağlı söhbət edək. Bildiyim qədər idmana da diqqət ayıran şəxsdir. Ondan başqa Elxan müəllimlə də görüşməyi planlaşdırmışam. Ümid edirəm ki, bu görüşlər baş tutacaq və “Kəpəz”in gələcəyi üçün faydalı olacaq”.


ETİKET :  

Daha Çox