-- Adversting 9 --
-- Adversting 10 --

Vətən müharibəsinin 2 şəhidi Gəncədə dəfn edildi

Vətən müharibəsinin şəhidləri Elvin Mustafayev və Orxan Yusubov Gəncədə dəfn edildi.

17:16:22 | 2021-06-04

Vətən müharibəsinin şəhidləri Elvin Mustafayev və Orxan Yusubov Gəncədə dəfn olunub.

GancaPost.info xəbər verir ki, Elvin Mustafayevin və Orxan Yusubovun nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərin yaxınları, hərbçilər, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edib.

Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.

Elvin Mustafayev 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

Elvin Mustafayev evli olub, 3 övladı var. Sonuncu qız övladının üzünü görməyib. E.Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində Ağdamda şəhid olub.

Vətən müharibəsinin digər şəhidi Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər O.Yusubov 8 aydır itkin düşmüşdü.

Allah rəhmət eləsin!


ETİKET :  

Daha Çox