-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Vətən müharibəsi şəhidi Gəncədə dəfn edildi

Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn olunub.

14:39:08 | 2021-03-18

Ötən ilin noyabr ayından adı itkin düşən hərbiçilərin siyahısında olan və dünən şəhid olduğu bilinən Vüsal Məmmədovun nəşi ailəsinə təhvil verilib.

44 günlük Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncə şəhər sakini, 23 yaşlı Vüsal Elşən oğlu Məmmədov Gəncədə dəfn edilib.

GancaPost.info xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vüsal Məmmədov Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


ETİKET :  

Daha Çox