-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Uşağı bağçaya yazdırmaq üçün 300 manat vermişəm"

"Uşaq bağçaları ən problemli sahələrdən biridir".

01:13:21 | 2019-09-13

Azərbaycanda uşaq bağçaları ən problemli sahələrdən biridir. Bəzi valideynlər oradakı rüşvətlərdən, bəziləri zəhərlənmələrdən, bəziləri isə yeməklərin keyfiyyətindən şikayət edir. Uşaq bağçaları təhsilin pillələrindən biridir. Ancaq, qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə tam mənası ilə bəhs edilən müəssisələrə elə yanaşılmır. Dünya təcrübəsində çox vacib müəssisə sayılan uşaq bağçalarına Azərbaycandakı uşaqlardan sadəcə 1-2 faizi gedə bilir. Digər uşaqlar isə 1-5 yaş arası verilən təhsildən faydalana bilmirlər.

GancaPost saytı xəbər verir ki, bu və digər problemlərlə bağlı YeniAvaz-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov qeyd edir ki, bağçalar 2011-ci ildən etibarən Təhsil Nazirliyindən alınaraq İcra Hakimiyyətlərinin tabeliyinə verilib: "Ancaq, bu orqan bağçalarda təhsilin artmasına kömək edə bilməz. Xaricdə sırf bu sahə üçün ayrıca bir qurum təşkil edilib. Ancaq burada qeyd etmək lazımdır ki, uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılsa da bir şey dəyişməyəcək. Bu gün həmin nazirliyə tabe olan universitetlərin, orta məktəblərin vəziyyəti bizə məlumdur. 4472 orta məktəb, 51 universitet, 54 kollec, 107 peşə məktəbi var. Onların vəziyyəti heç də ürəkaçan deyil".
Kamran Əsədov qeyd edir ki, Azərbaycan uşaq bağçalarında çalışan şəxslərin əksəriyyətinin təhsili yoxdur: "Bu gün ölkədə 1672 uşaq baxçası var. Orada çalışanların 40 faizinin ümumiyyətlə təhsili yoxdur. Sadəcə orta məktəbi bitirib gəlib işləyirlər. Təəssüflər olsun ki, İcra hakimiyyəti buna icazə verir. 2018-ci ildə məktəbəqədər təhsil haqqında qanun qəbul edildi. Orada deyilir ki, bağçalarda işləmək üçün həmin sahə üzrə təhsil olmalıdır".
Ekspert Azərbaycanda 1-5 yaş arası uşaqların əksəriyyətinin bağçalarda verilən ilkin təhsildən faydalana bilmədiyini söyləyib: "Bu gün Aəzrbaycanda sadəcə 123 min uşaq üçün bağçalarda yer var. Diqqət edin, ölkədə təkcə 1 yaş həddində olan uşaqların sayı 160 mindir. Qeyd edək ki, uşaqlar 5 yaşına qədər bağçaya getməlidir. Buna görə, özəl sektorlara dəstək olmaq lazımdır. Misal üçün Daşkəsən, Zaqatala, Balakən və s. rayonlarda uşaqların sadəcə bir faizi bağçalara gedir. Mən razıyam hər şeyi dövlətdən gözləməyək. Ancaq dövlət də özəl sektorla dəstək olmalıdır. Vergini azaltmalıdır və bir çox güzəştlər eləməlidir. Axı orada yetişən uşaqlar sənin ailən, əsgərin, vətəndaşındır".
Kamran Əsədov bağçalarda rast gəlinən rüşvətxorluqdan da danışdı: "Bu gün bağçaya pulla qeydiyyat aparırlar. Mən özüm uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm. Gedirsən baxçaya uşaq yazdırmağa deyirlər yer yoxdur. Ancaq pul təklif etdikdən sonra yer açırlar. Əslində hər qrupda 15 nəfər olmalıdır. Ancaq bağçalarda qruplara 30-40 nəfər yığıblar. Təəssüflər olsun ki, monitorinq aparılımır, yoxlama keçirilmir. Dövlət tərəfindən hər uşaq üçün yeməyə 3 manat pul ayrılıb. Ancaq nə vaxt getsən görürsən ki, sup, yumurta verirlər. İndi hər kəs bağçaya uşağı ilə yemək göndərir. Bağçalar üçün verilən yeməklər də dükanlara satılır. Zəhərlənmələrin də sayı artıb. Hər il dövlət bağçlarının 60-70 faizində zəhərlənmələr baş verir. Bunlar çox ciddi rəqəmlərdir".


ETİKET :  

Daha Çox