Ailəni təmsil edən əmək qabiliyyətli şəxs sosial yardım alınması üçün müraciət edə bilər.
Bunun üçün öncə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti nümayəndəliklərinin “ailə tərkibi haqqında” arayışı və həmin arayışa əsasən notarial qaydada təsdiq olunmuş “təmsilçilik barədə” ərizə əldə edilməlidir.
Təmsilçi kompüter və ya mobil telefondan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) daxil olmalı və ya Elekron Hökumət Portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında “Ünvanlı Sosial Yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olaraq müraciət etməlidir.
Vətəndaşlar “Ərizə-bəyannamə”ni dolduran zaman nələrə diqqət etməlidir?
Ünvanlı Sosial Yardım necə təyin edilir?
Müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır, qeyd edilmiş məlumatlar yoxlanılır, ailənin maddi-məişət şəraitinin müayinəsi keçirilir və müvafiq qərar qəbul edilir. Sosial yardım üçün müraciət 2 il müddətinə təyin olunur.
Ünvanlı Sosial Yardım üçün müraciətdən hansı hallarda imtina edilir?
Misal: adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 18 manat olduğundan, 5 nəfərlik ailədə bu rəqəm 18*5=90 manat təşkil edəcəkdir.
Ünvanlı Sosial Yardımla bağlı müraciət zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən imtinadan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
Benefisiar.org