“Ukrayna vətəndaşlarına Rusiya pasportu paylanılmalıdır”

"RİA Novosti" agentliyinin xəbərinə görə, Vladimir Jirinovskiy şəxsi Telegram kanalında bunun üçün Rusiyanın təkcə Donbas sakinlərinə deyil, bütün Ukrayna ərazisində vətəndaşlıq pasportlarının paylanmasının vacib olduğunu söyləyib.
Siyasətçinin sözlərinə görə, bununla nəticədə Ukraynada heç bir ukraynalı vətəndaşın qalmamasını təmin etmək olar.
"Düşünün, bir adamın əlində Rusiya, Macarıstan, Polşa pasportu var. Ukrayna sənədi isə heç bir işə yaramır. Budur Ukraynanın layiq olduğu son...", - deyə Vladimir Jirinovskiy bildirib.
Qeyd olunur ki, bundan daha öncə rusiyalı siyasətçi Polşanın İkinci dünya müharibəsindən öncəki siyasətinə görə cəzalandırılmalı olduğunu demişdi. Onun fikrincə, Rusiya dərsliklərində Polşa müharibənin başlamasının əsas günahkarı kimi göstərilməlidir.
Jirinovskiy buna əsas kimi Polşanın 30-cu illərdəki lideri Yuzef Pilsudkinin Adolf Hitlerlə yaxın olduğuunu iddia edib.
"Avropa Almaniyanı SSRİ-yə qarşı qızışdırmaq istəyirdi. Polşa isə Hitleri alqşlayanlardan biri olub. Elə buna görə də paylarını aldılar",-deyə Jirinovski vurğulayıb.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay