-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Üçtəpə kənd sakinləri susuzluqdan əziyyət çəkir

Göygöl rayonu, Üçtəpə kənd sakinləri su qıtlığından əziyyət çəkdiklərini deyirlər.

22:54:31 | 2020-09-13

Sakinlər su olmadığından əkin sahələrini də suvara bilmir.

Kənd sakini Reyhan Quliyeva bildirir ki, kəndin bu hissəsində əsasən məcburi köçkünlər yaşayır.

Çəkilmiş xətt vasitəsilə su çox az gəlir. Problemdən çıxış yolu kimi sakinlər kənddə yerləşən bulaqlardan su daşıyırlar. Bəzi sakinlər isə suyu maşınla alır.

Məsələ ilə bağlı sakinlər deyir ki, dəfələrlə yerli dövlət orqanlarına üz tutub kömək istəyiblər. Amma nəticəsi olmayıb.

Sakinlər, bir daha aidiyyatı qurumlardan susuzluq problemini həll etməyi tələb edir.


ETİKET :  

Daha Çox