Türkiyə Texnologiya Universitetinin diplomunu tanımır?

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə Azərbaycanın bir neçə universitetinin diplomunun tanınmaması məsələsini həll etməyə çalışır.

GancaPost xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyindən BBC News Azərbaycancaya deyiblər ki, Türkiyənin Yüksək Öğretim Kurulu bu məsələnin "FETÖ ilə əlaqəli olduğunu" bildirib.

Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin birindən deyilib ki, təhsilini Türkiyədə davam etdirmək istəyən Bakı Mühəndislik, Odlar Yurdu və Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetlərinin tələbələrinə Yüksək Öğretim Kurulu mənfi cavab verib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyi və Türkiyə Yüksək Öğretim Kurulu bu məsələni şərh etməyib.

Azərbaycanın Türkiyədəki səfirliyi bəzi Azərbaycan universitetlərinin Türkiyədə diplomlarının tanınmaması qərarının ləğvi üçün bu ölkənin Yüksək Öğretim Kurulu (YÖK) ilə danışıqlar aparır.

Səfirliyin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova deyib ki, universitetlərin diplomlarının tanınmaması məsələsindən xəbərdardılar və bununla bağlı YÖK rəsmiləri ilə görüş keçirilib.

"YÖK də Türkiyənin Milli Təhsil Nazirliyindən daxil olan məlumatlar əsasında bu qərarın qəbul edildiyini bildirib. Biz araşdırırıq ki, bu universitetlərə qarşı sanksiyaların verilməsinə səbəb olmuş məlumatlar haradan gəlib. Yəqin ki, onların Təhsil, Milli İstihbarat Təşkilatı və digər nümayəndələri bu məlumatları veriblər. Mən bu məlumatların səhv olduğunu, yanlış məlumat verildiyi ilə bağlı öz fikirlərimi bildirmişəm", - Nəcibə Nəsibova bildirib.

Nəcibə Nəsibova deyib ki, Türkiyə rəsmiləri onlara adıçəkilən uiversitetlərin diplomlarının bu ölkədə tanınmaması səbəbi kimi "FETÖ əlaqələri ilə bağlı məlumatın daxıl olmasını" göstərib.

"Bura məlumat daxil olub ki, bu universitetlərdə FETÖ-yə yaxın olan müəllimlər işləyir. Amma mən də bunun doğru olmadığını, bunun kiminsə atdığı çamur olduğunu demişdim. YÖK-də görüşümdə nümunə də göstərdim ki, Odlar Yurdu Universitetində qəsd etdiyiniz şəxs oradan uzaqlaşdırıldı. Daha kimlər var, adlarını deyin ki, biz də araşdıraq",- birinci katib YÖK nümayəndəsi ilə söhbətindən danışıb.

Nəcibə Nəsibova hazırda Türkiyənin Təhsil Nazirliyi ilə danışıqlar aparıldığını və məhdudiyyəti aradan qaldırmağa çalışdıqlarını vurğulayıb.

Türkiyənin Yüksək Öyretim Kurulu bu məsələni şərh etməyib.

"Qurumdan bildiriblər ki, onların belə bir qərarı yoxdur və ya bununla bağlı açıqlama vermirlər",- YÖK-dən deyiblər.

Adının açıqlanmasını istəməyən xaricdə təhsil şirkətinin nümayəndəsi deyib ki, Türkiyədə magistr təhsili almaq istəyən bir neçə tələbə onlara müraciət edib.

Müraciət edən tələbələrin sorğusu Türkiyənin Yüksək Öğretim Kuruluna göndərilib və onlardan Bakı Mühəndislik Universitetinin və Texnologiya Universitetinin tələbələrinə mənfi cavab verilib.

Xaricdə təhsil şirkətinin nümayəndəsi deyir ki, tələbələrə gələn məktubda məzun olduqları universitetlərin FETO/PYD qrupları ilə bağlı məsələlərdə adları hallandığından onların diplomlarının Türkiyədə tanınmamasına qərar verilib.

Türkiyə hökuməti bir neçə ildir ki, dini xadim, ABŞ-da mühacirətdə olan Fətullah Güləni dövlət çevrilişində ittiham edir. Hazırda ölkədə FETO ilə işbirliyində suçlanan minlərlə adam həbs olunub. O cümlədən, Türkiyə hökuməti kürdlərin təmsil olunduğu PYD-ni terror qrupu kimi tanıyır.

Adıçəkilən ali təhsil müəssisələrinin bəziləri bu məsələni "şayiə", "doğru olmayan xəbər" kimi təqdim edir, digərləri isə məsələnin araşdırıldığını bildirir.

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev deyib ki, Türkiyənin hər hansı qurumundan onlara rəsmi heç bir məlumat daxil olmayıb.

Rəcəb Rzayevin sözlərinə görə, "Bakı Mühəndislik Universiteti Qafqaz Universitetini əvəzləyəndən sonra iki ildir ki, məzun buraxır: "Amma hələ ki, heç bir tələbə Türkiyədə magistr oxumağına əngəlin olduğu barədə bizə müraciət etməyib", o bildirib.

Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Xəyalə Məmmədova bu haqda mətbuatdan xəbər tutub. O, deyib ki, məsələ araşdırılır.

"Hər iki tərəfdən, Türkiyə və Azərbaycan tərəfdən bu iş araşdırılır. Səbəbləri ilə bağlı dəqiq məlumatımız yoxdur. Bizim məzunlardan hələlik Türkiyədəki ali təhsil müəssisələrinə daxil olan olmayıb deyə bizə birbaşa müraciət edən yoxdur. Bu xəbəri mediadan almışıq",- deyə Xəyalə Məmmədova bildirib.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR