Türkiyə ordusu Azərbaycana hər cür dəstək göstərəcəkdir

"Ermənistan Azərbaycana qarşı hər bir təxribat və hücum üçün cavabdeh olacaq".

GancaPost.info xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdə Türkiyə Baş Qərargah rəisi Yaşar Gülər, Quru qüvvələrinin komandiri Umit Dündar, Hərbi Hava Qüvvələrinin komandanı Adnan Özbal da iştirak edib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı xatırladıb ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribatından bir qədər sonra prezident Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə telefonla danışıb, o özü isə, Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon əlaqəsi saxlayıb.

H. Akar son hadisələr fonunda bütün lazımi tədbirlərin görüləcəyini vəd edib.

"Azərbaycanın Tovuz bölgəsinə edilən alçaq hücumu pisləyirik. Azərbaycanın ağrısı bizim dərdimizdir. Azərbaycanlı hərbçilərin ölümü cavabsız qalmayacaq "deyən türkiyəli nazir erməni təxribatının qarşısını alarkən həlak olan hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Hulusi Akar qeyd edib ki, rəsmi Ankara Ermənistanın Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinin yolverilməz olduğunu bütün səviyyələrdə bəyan edir.

"Türkiyə Azərbaycandakı qardaşların cəsarətli mübarizəsini dəstəkləyir. Bunu bütün Türkiyə sakinləri, o cümlədən prezident Ərdoğan şəxsən söyləyir. "İki ölkə - bir millət" prinsipini rəhbər tuturuq.

"Türkiyə Azərbaycanın dostu olaraq qalır. Qardaşlara dəstək olmağa davam edəcəyik. Türkiyə və ordusu bu istiqamətdə mümkün addımlar atacaq. Bununla bağlı heç bir şübhə ola bilməz ", deyə nazir bəyan edib.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR