-- Adversting 9 --
-- Adversting 10 --

“Türkiyənin Gəncə və Naxçıvanda hərbi bazaları olmalıdır”

"Türkiyənin Gəncə, Qəbələ və Naxçıvanda hərbi bazaları olmalıdır".

18:02:13 | 2021-06-02

“Azərbaycan-Türkiyə İttifaqı müharibə günlərində gücləndi. Müharibədən sonra da az qala hər ay birgə hərbi təlimlər keçirilir, hər həftə Ankaradan Bakıya heyət gəlir. Yəni biz elə bir ittifaq qurmuşuq ki, bəzən bir millət, iki dövlət yox, bir millət, bir dövlət kimi hərəkət edirik. Bir sözlə, bu, vacib bir prosesdir və gələcək illərdə də davam edəcək. Qarabağda da quruculuq işləri başlayıb, türk şirkətlərinin də burada böyük payları var. İşlərimizi bu yöndə davam etdirməliyik, çox uğurlu strategiyadır. Çünki Türkiyə artıq Azərbaycanda - Qarabağda yerləşib. Rusiya da artıq bu amili nəzərə alır, Ermənistan da qəbul etmək məcburiyyətindədir”.

Bunu politoloq Elxan Şahinoğlu Teleqraf-a açıqlamasında bildirib.

Politoloq daha sonra Türkiyənin Azərbaycanda hərbi bazasının qurulması məsələsinə toxunub.

"Baza məsələsini ilk gündəmə gətirənlərdən biri də mənəm. Bu haqda on ildir danışıram. Hiss edirəm ki, artıq buna doğru gedirik və bu, doğru strategiyadır. Bütün hallarda Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır. Bu, Azərbaycanın təhlükəsizliyi üçün lazımdır. Düzdür, biz müharibədə qələbə qazandıq, amma təhlükələr yenə də qalır. Təkcə Ermənistandan yox, başqa istiqamətlərdə də təhlükələr yarana bilər. Bundan sığortalanmağın yolu Türkiyə ilə hərbi ittifaqın daha da gücləndirilməsindən, türk hərbi bazalarının Azərbaycanda yerləşdirilməsindən keçir. Rusiyanın Ermənistanda hərbi bazaları var, Türkiyə də bizim strateji müttəfiqimizdir. Türkiyənin Gəncə, Naxçıvan, Qəbələ və Qarabağda hərbi bazaları, kazarmaları olmalıdır ki, Azərbaycanın təhlükəsizliyi daimi olsun"- deyə politoloq E.Şahinoğlu qeyd edib.


ETİKET :  

Daha Çox