-- Adversting 9 --
-- Adversting 10 --

Türkiyə iş adamları Gəncəyə investisiya yatırmaq istəyir

Türkiyə iş adamları Gəncəyə investisiya qoyuluşunda maraqlıdır

16:35:34 | 2021-06-25

Türkiyənin “Müstəqil Sənayeçi və İş adamları Dərnəyi”nin üzvləri ("MUSİAD Azərbaycan") Gəncə şəhərində olublar.

GancaPost.info xəbər verir ki, qonaqlar əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.

Görüşdə "MUSİAD Azərbaycan"ın türk iş adamlarının Gəncəyə investisiya qoyuluşunda maraqlı olduğu bildirilib. Gəncəyə investisiya qoyuluşunu genişləndirmək və biznes əməkdaşlığında yeni mərhələyə qədəm qoymağı hədəfləyən türk iş adamları əsasən inşaat, geyim, avtomobil kimi sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Eyni zamanda şəhər rəhbəri gələcəkdə işbirliyi üçün geniş imkanların yaranacağını qeyd edib.

"Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi"nin üzvləri Gəncədə yerli iş adamları ilə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Gələcəkdə Türkiyənin Kocaeli şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin qurulmasının da əhəmiyyətindən bəhs olunub. Görüşdə mümkün tərəfdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdən sonra MÜSİAD-nin üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkiblər.

Qonaqlar daha sonra Gəncədə çalışan türkiyəli iş adamları ilə görüşüblər.


ETİKET :  

Daha Çox