-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Türkiyədən koronavirusla mübarizə üçün Gəncəyə həkimlər gələcək

Türkiyədən koronavirusla mübarizə üçün Gəncəyə həkimlər gələcək.

16:26:07 | 2020-04-25

"Türkiyədən gəlmiş həkimlər Bakıda işlərini yekunlaşdırıb bölgələrə yola düşəcəklər. Bu həkimlər ixtisaslarına görə təlimlər də həyata keçirəcəklər. Layihə iyunun sonlarınadək davam edəcək və 16 xəstəxananı əhatə edəcək. Mayın 4-12 tarixlərində həkimlər Gəncə-Goranboy, Şəmkir və Ağdaşda olacaq".

GancaPost saytı xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin rəhbəri Hande Harmancı jurnalistlərlə təşkil olunan virtual konfransda deyib.

H.Harmancı qeyd edib ki, "hər bir yoluxma halının dərhal aşkarlanması, izolyasiya, karantin tədbirlərinin görülməsi, şübhəli halların test olunması, hər xəstəyə qayğı göstərilməsi, kontakt hallarının izlənməsi mühüm addımlardan biridir. Eyni zamanda da virusla mübarizəyə əhali də cəlb olunmalıdır. Çünki bu virusa qarşı mübarizə əhalinin hamısının iştirakı olmadan mümkün deyil".

O, həmçinin virusun nə qədər davam edəcəyi ilə bağlı sualları da cavablandırıb: "Virus Günəş işıqlarında aktivliyini itirir. Amma hələlik bununla bağlı heç bir məlumat yoxdur. Çünki hələ isti olan ölkələrdə xəstəlik var. Lakin müəyyən qədər də olsa rəqəmlərdə azalma ola bilər. Lakin isti aylarda da virusun arta biləcəyi ilə bağlı düşüncə var. Bu səbəbdən də bu il koronavirus bitməyəcək və ən azı bir il bizlə birgə olacaq".


ETİKET :  

Daha Çox