“Türk təyyarəsi silahları və mütəxəssisləri ilə Gəncəyə ensə...”

"Əgər ruslar Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdırlarsa, öz əlaltıları olan erməniləri qapımızdan geri çəksinlər".

GancaPost.info xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yaşanan gərginlikdən narahat olduqlarını dilə gətirməsi və vasitəçiliyə hazır olmaları haqda verilən açıqlamanı şərh edərkən deyib.

Deputat bildirib ki, dövlət sərhədində 6 gündür erməni təxribatı davam edir:

"Rusiya bu prosesdə nəinki görsənmir, hətta nümayiş etdirirlər ki, erməniləri geri çəkilməməyə sövq edirlər. İstisna etmirəm ki, bütün bu məsələlərin arxasında Rusiyanın özü dayanıb. Onlar gözləyirdilər ki, Azərbaycan ağır silahlardan - qratlardan, smerçlərdən istifadə etsin. Onlar da bundan bəhanə kimi istifadə edərək bizim Tovuzdan keçən boru xətlərini vursunlar. Məqsəd budur. Biz ağır silahlardan istifadə etmirik. Əslində heç erməni tərəfində ağır silahlarla vurulası bir şey də yoxdur. Üstəlik ermənilərə bəhanə də vermək istəmirik."

R. Musabəyov bir daha xatırladıb ki, Ermənistan Rusiyanın forpostudur və Kremli istəsə, öz tulasını qapımızdan çəkə bilər.

Deputat Rusiya Təhlükəsizlik Şurasının iclasının keçirilməsinin və bunun publik olaraq nümayiş etdirilməsinin səbəblərini də açıqlayıb:

"Onların məqsədləri var. Düşünürəm ki, məqsədlərini müzakirə edirlər. Yəni belə olsa nə olar, elə olsa nə olar məsələsi. Anlayırlar ki, ermənilərin bizim beynəlxlaq infrastrukturumza qəsdi cavabsız qalmayacaq. Türkiyə də açıq elan edib ki, buna yol verməyəcək. Fərz edirəm ki Türkiyənin arxasında ABŞ və İngiltərə durub. İndi hansısa bir işə başlayıblar, bunun riskləri də böyükdür və indi toplaşıb götür-qoy edirlər".

Prosesin necə başa çatacağına gəldikdə, Musabəyova görə, baş verənlər bizim ssenarimiz deyil:

"Gərginliyi Azərbaycan yaratmayıb. Heç zaman konfliktdə düşmən və düşmənə dəstək verən xarici qüvvələrin ssenarisi ilə getmək olmaz. Orada gərginlik dondurulmalıdır. Amma Azərbaycanın öz planları var. Düşünürəm ki, bu planlar ciddi şəkildə götür-qoy edilərək, strateji müttəfiqimiz olan Türkiyə ilə müzakirə edilib həyata keçirilməlidir".

Rusiya Təhlükəsizlik Şurasının toplantısı ilə paralel olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Azərbaycanı dəstəkləyən bəyanat səsləndirməsinə gəldikdə, siyasi şərhçi deyib ki, bu iki mövqe arasında bağlantı var:

"Düşünürəm ki, Prezident Ərdoğanın dedikləri sadəcə söz deyil. Təsəvvür edin ki, 2-3 türk təyyarəsi silahları və mütəxəssisləri ilə Gəncəyə ensə, bu, bir çoxlarını ağıla gətirməyə kifayət edər. Türklər Suriya və Liviyada nümayiş etdiriblər ki, düşməni yerinə oturtmağa qadirdilər".

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR