-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Türk Hava Yolları” Gəncəyə uçuşlar təşkil edəcək

"Türk Hava Yolları" Gəncəyə uçuşlar təşkil edəcək.

02:26:50 | 2021-02-12

"Türk Hava Yolları"nın Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

GancaPost.info xəbər verir ki, görüş zamanı "Türk Hava Yolları"nın Azərbaycandakı nümayəndəsi Selahattin İlyas bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan "Türk Hava Yolları" sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.

Niyazi Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan son illərdə turizm sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu sahənin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək. Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.

Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas məsələ ilə bağlı müsbət gözləntilərin olduğunu qeyd edib. Bildirilib ki, Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır.


ETİKET :  

Daha Çox