-- Adversting 9 --
-- Adversting 10 --

Təhsil haqqından kimlər azaddır?

Ölkəmizdə bir sıra qanun və sərəncamlara əsasən müəyyən olunmuş şəxslər təhsil haqqından azaddırlar.

14:41:21 | 2019-04-06

Həmin şəxslər kateqoriyasına,

• məcburi köçkünlərin övladları;

• Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

• Şəhid ailəsi statusunu almış ailənin üzvləri;

• Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları aiddir/

Bu situasiyanı təsdiq edən sərəncamlar, qanunlar və tələb olunan sənədlər müvafiq olaraq aşağıdakılardır:

1. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları;

Tələb olunan sənədlər:

• Şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);

• Tələbənin və hər iki valideyninin şəxsiyyət vəsiqələrinin əsli və surəti (notariusda təsdiq edilmiş);

• Tələbənin və hər iki valideyninin köçkünlük sənədinin əsli və surəti (notariusda təsdiq edilmiş);

• Doğum haqqında şəhadətnamə və surəti;

• Ərizə;

• Sağlamlıq haqqında arayışın əsli (forma 86);

• Attestatın əsli;

• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

• 4 ədəd 3×4 rəngli foto şəkil.

2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları;

Tələb olunan sənədlər:

• Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş);

• Tələbənin doğum haqqında şəhadətnaməsi;

• Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);

• Sağlamlıq haqqında arayışın əsli (forma 86);

• Attestatın əsli;

• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

• 4 ədəd 3×4 rəngli foto şəkil.

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 15 yanvar 1994-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri;

Tələb olunan sənədlər:

• Valideyninin şəhid olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş).

• Tələbənin doğum haqqında şəhadətnaməsi

• Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

• Sağlamlıq haqqında arayışın əsli (forma 86);

• Attestatın əsli;

• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

• 4 ədəd 3×4 rəngli foto şəkil.

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən

1) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;

2) hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;

3) Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Tələb olunan sənədlər:

• Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş);

• Tələbənin doğum haqqında şəhadətnaməsi;

• Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);

• Sağlamlıq haqqında arayışın əsli (forma 86);

• Attestatın əsli;

• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;

• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;

• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);

• 4 ədəd 3×4 rəngli foto şəkil.

Benefisiar.org


ETİKET :  

Daha Çox