-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Tədris ilinin başlanma tarixi elan edildi - DETALLAR

Yeni tədris ili bu tarixdə başlayacaq - RƏSMİ

16:53:06 | 2020-08-27

Oktyabrın 1-dən uşaq bağçaları açılır

"İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur".

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, uşaq bağçaları ilə bağlı təklif olunur ki, sentyabrın 15-dən onların fəaliyyətinə start verilsin:
"İlk növbədə virusun az yayıldığı yerlərdə başlamaqla oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur. Amma bunun üçün mövcud sanitar-epidemioloji vəziyyət də uyğun olmalıdır. Bağçalarda uşaqlara distant qayğı göstərmək mümkün deyil".

"Xüsusi məktəblər və ya internat tipli müəssisələr xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılmasını planlaşdırmışıq”.

Məktəbəqədər hazırlıq qruplarında tədris oktyabrın 1-dən başlayır

Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E.Əmrullayev deyib ki, bu il oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla, məktəbəqədər hazırlıq qruplarında tədrisin başlanması planlaşdırılır: “Noyabrın 2-nə qədər bu rejimdə işləyə bilsək, bu, müəyyən mənada uğur hesab edilə bilər”.

İbtidai siniflərdə dərslər sentyabrın 15-də başlayacaq

Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur.

"Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi nəzərdə tutulur".

“5, 9, 10, 11-ci siniflərdə oxuyanların dərs vaxtı 15 sentyabr tarixindən onlayn qaydada başlayır
Oktyabrın 1-dən isə 5-9-cu siniflərin məktəbə mərhələlərlə əyani şəkildə gəlməsini planlaşdırırq”.
Nazir qeyd edib ki, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarmağı planlaşdırırlar:
“Epidemioloji vəziyyət düzələrsə, 15 oktyabr tarixindən 10 və 11-ci siniflərin məktəbə qaytarılmasını planlaşdırırıq”.

Ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə başlayacaq

Sentyabrın 15-də ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi onlayn formada davam etdiriləcək.

"Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər".

Eyni zamanda peşə məktəblərində dərslər onlayn qaydada keçiriləcək.


ETİKET :  

Daha Çox