-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Təcili tibbi yardım nə zaman yaxma analizi götürə bilər? - AÇIQLAMA

Təcili tibbi yardımın hansı hallarda yaxma götürdüyü açıqlanıb

00:14:42 | 2020-12-19

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası hansı hallarda COVID-19 virusu ilə bağlı yaxma analizi qəbul etməsi ilə bağlı aydınlıq gətirib.

Bu barədə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürdüyü deyib.

İ.Əliyeva həmçinin vurğulayıb ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib: "Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir".


ETİKET :  

Daha Çox