-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

TƏBİB: Aktiv xəstələrin 3 faizi Gəncədədir

TƏBİB: Koronavirusa ümumi yoluxanların 3 faizi Gəncədədir

18:07:15 | 2020-07-03

“Aktiv xəstələrin 57 faizi Bakıda, 15 faizi Sumqayıtda, 6 faizi Abşeronda, 3 faizi Gəncədədir”.

GancaPost.info-nun məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Oğuz, Yardımlı, Ucar, Zərdab rayonlarında yoluxma səviyyəsi aşağı, Salyan, Neftçala və İsmayıllıda yüksəkdir: “Son günlər Şəki və Yevlax rayonunda da yoluxmanın artması müşahidə olunur”.

R. Bayramlı nəzərə çatdırıb ki, aktiv xəstələrin 38 faizi müalicələrini ixtisaslaşmış xəstəxanalarda davam edir: “Bakı, Sumqayıt və Abşeronda yoluxmanın səviyyəsini aşağı salmasaq, səhiyyə müəssisələrinin üzərinə daha çox yük düşə bilər. Hazırda bir neçə modul xəstəxana da fəaliyyətə başlayıb”.


ETİKET :  

Daha Çox