Sürgündə olan xalq artistinin Gəncədəki barelyefi niyə götürülüb?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup ziyalılarımızın xahişi ilə Azərbaycanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının inkişafında xüsusi xidmətləri olan, əsassız ittihamlarla 19 il sürgün həyatı yaşayan, böyük Hüseyn Cavidin kamera yoldaşı olmuş Ələkbər Seyfinin xatirə-barelyefinin bərpa olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova rəsmi müraciət edib. Komitə sədri Niyazi Bayramovla bu məsələnin həlli ilə bağlı telefon əlaqəsi yaratmış və icra başçısı müraciətə həssas yanaşdığını bildirərək bu məsələnin müsbət həll olunacağını bildirib.
Ələkbər Seyfi Gəncə Dövlət Dram Teatrı üçün 19 il sürgün həyatı yaşayıb. Beləki Gəncə Dövlət Dram Teatrının indiki binası 1895-ci ildə alman Forer qardaşları tərəfindən bir mərtəbəli çaxır anbarı təyinatı ilə tikilib. 1932-ci ilin dekabr ayının 15-də Bakı Türk İşçi Teatrının yaradıcı kollektivi Gəncəyə köçürülən zaman ayrıca binaları olmayıb və mədəniyyət evlərində, klublarda fəaliyyət göstəriblər. 1935-36 -cı illərdə bu - qeyd edilən çaxır anbarı üçün tikilən bina, teatr üçün rekonstuksiya olunub. 1936-cı ildən Gəncə Dövlət Dram Teatrı sözügedən binada fəaliyyət göstərir. 1937-ci ildə xalq artisti Ələkbər Seyfini çox əsilsiz səkildə şərləyiblər ki, "bina rekonstuksiya olunanda bünövrəyə bomba qoymusan, partlayacaq". Bu minvalla Ələkbər Seyfi uzaq Sibirə sürgün olunub. 1956-cı ildə sürgündən qayıtdıqdan sonra Gəncə Dəmir Yolu vağzalında qarşılanarkən kollektivə ilk sualı bu olub. "Mənim qoyduğum bomba partlayıbmı?" - Altay Məmmədovun "Bomba" hekayəsi də buradan yaranıb.
Ələkbər Seyfi xatirələrində yazır ki, "Mənim Sibirdə sürgündə olmağımın bir xoşbəxtliyi vardı ki, böyük Hüseyn Cavid mənimlə eyni kamerada yatırdı. Hüseyn Cavid mənim dizlərim üstə vəfat etdi."
Ələkbər Seyfi sürgündən qayıtdıqdan sonra böyük Hüseyn Cavidin məzarının koordinatlarını Milli Təhlükəsizlik İdarəsinə bildirib (bu bilgiləri paylaşan ilk şəxs olub.) Bu faktlar əsasında ulu öndər Heydər Əliyev böyük Cavidin məzarının yerinin dəqiqləşdirilməsini və sonra Azərbaycana gətirilib, doğma Naxçıvanda dəfn olunmasını təmin edib.
İndi belə bir şəxsiyyətin - Gəncə teatrı (ümumən Azərbaycan mədəniyyəti) üçün 19 il sürgün həyatı yaşayan fədakar ziyalının xatirə-barelyefinin şəhərdə gedən təmir-bərpa işlərindən sonra təkrar yerinə qoyulmaması ziyalılarda ciddi narahatlıq doğurub.
Qeyd edək ki, Gəncə şəhərində aparılan təmir-bərpa işləri çərçivəsində həmçinin böyük istiqlalçı şair Əhməd Cavadın da barelyefi yoxa çıxıb. GancaPost.info saytı məsələni ictimailəşdirdikdən sonra Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və Gəncəni Milli Məclisdə təmsil edən deputat Naqif Həmzəyev barelyefin yaxın günlərdə bərpa olunacağını bildiriblər. İndi gözləyək, görək məsələ nə vaxt həll olunacaq?!

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR