-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Sürət Hüseynov: Mən istədim, Elçibəy də prezident oldu

Sürət Hüseynov: Mən istədim, Elçibəy də prezident oldu.

00:44:35 | 2020-05-20

"Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin mənim qədər rolu olmayıb. Mən istədim, Elçibəy də prezident oldu"

GancaPost saytı xəbər verir ki, bu fikirləri sabiq baş nazir Sürət Hüseynov Marka Film Production-nın təqdimatında “Xalq həqiqi tarixini bilməlidir” verilişində səsləndirib. O bildirib ki, sonradan onun bu zəhməti qiymətləndirilmədi, əksinə, ona qarşı hücumlar başladı:

“Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəlir. Bu insanlarda belə bir xislət var idi, murdar xislət. Mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və “Prezident Elçibəy olacaq” dedim. Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaq. Sonra Etibar Məmmədov Yevlax Yun Fabrikinə gəldi, görüşdük. Etibar Məmmədovla münasibətimiz yaxşı olub. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, sən namizədliyini geri götür, müharibəni bitirək, sonra siyasi mübarizə apararsınız. Yəni, mən 1992-ci ildə Əbülfəz Elçibəyin prezident seçilməsinə nail oldum. Bütün rayonlardakı tədarük idarələrindəki nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonradan mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular”.


ETİKET :  

Daha Çox