-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

SSRİ sevdası rekord həddə çatdı

16:34:26 | 2018-12-19

SSRİ-nin süqutuna təəssüflənən Rusiyalıların sayı son 10 ilin maksimum nəticəsinə çatıb.

Bu nəticə ‘Levada Çentr’ şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Sorğuya əsasən, hazırda Rusiyalıların 66%-i SSRİ üçün darıxır. Keçən il bu göstərici 58% təşkil edib.

Keçmiş imperiya üçün darıxanların ən çoxu 55 yaşından yuxarı olan şəxslər və 18-24 yaş arasındakı gənclərdir. Rusiyalılar SSRİ-nin süqutuna əsasən, bu dövrdə olan iqtisadi sistemin dağılması (52%), böyük gücə məxsus olmaları hissini itirmələri (36%) və qarşılıqlı etibarsızlığın artması (31%) ucbatından təəssüfləndiklərini deyiblər.


ETİKET :  

Daha Çox