Sorğu: Rusiyalıların 60 faizi Stalinə müsbət yanaşır

Moskvadakı "Levada ictimai rəyi oyrənmə mərkəzi"nin sorğusu belə bir nəticəyə gəlib.

Bu 60 faizdən 45 faizi Stalinə hörmətlə, 10 faizi rəğbətlə, 5 faizi isə heyranlıqla yanaşır.

Sosioloqlar bildirirlər ki, bu, indiyədək keçirilmiş sorğulardakından daha yüksək göstəricidir.

"Levada" Stalinlə bağlı sorğuları 2001-ci ildən aparır.

Bu da vurğulanır ki, rəyi soruşulanların yalnız 11 faizi keçmiş SSRİ-nin keçmiş rəhbərinə mənfi münasibət bəsləyir.

Bunlardan 5 faizinin Stalindən xoşu gəlmir, 4 faizi onun şəxsiyyətinə qorxu ilə və 2 faizi ikrah hissi ilə yanaşır.

Respondentlərin 28 faizi Stalinin şəxsiyyətinə biganə olduğunu bildirib.

"Levada mərkəzi"nin bundan əvvəl keçirdiyi sorğudan məlum olmuşdu kii, respondentlərin 83 faizi Rusiyanın düşmənləri olduğuna inandığını bildirib.

İyunun 23-də Moskva şəhər icra hakimiyyəti Qorki adına akademik dram teatrının afişalarının şəhər boyunca pulsuz yerləşdirilməsinə icazə verib.

"Ecazkar gürcü" adlı tamaşanın afişasında İosif Stalinin böyük portreti var.

Moskva hökuməti bu icazəni tamaşanın "böyük ictimai əhəmiyyəti" ilə izah edib.

Qeyri-hökumət Yuri Levada mərkəzi sosial və marketinq sorğuları keçirir.

Mərkəz 2016-cı ildən hökumət tərəfindən "xarici agent" elan edilib. Təşkilatda bu qərarla razılaşmırlar.

Rusiya iqtidarı Levada mərkəzinin sorğularından daim narazı qalır. Bu sorğuların nəticələri dövlət sorğu qurumlarının nəticələrindən əsaslı şəkildə fəqrlənir.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR