-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Son günlər artan intiharların səbəbi nədir?

Son günlər Azəbaycanda intihar halları çoxalıb. İntiharların baş verməsinin isə müxtəlif səbəbləri var.

00:29:02 | 2019-04-29

Psixoloq Sevinc Baxşəliyevanın sözlərinə görə, inthar bir qayda olaraq ümidsizlikdən, etiraz əlaməti olaraq, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində baş verir.

“Son vaxtlar ölkəmizdə surətlə artan intihar hadisələrindən dərin məyusluq və narahatlıq keçirirəm. Fikrimcə intihar hallarının artmasında mətbuatın və televiziyanın müəyyən rolu var. Şəxsən mən mediada intihar xəbərlərinin birbaşa verilməsinə qarşıyam. Adətən inthar bir qayda olaraq ümidsizlikdən, etiraz əlaməti olaraq, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində baş verir. Əsas “risk amili” kimi yoxsulluq, işsizlik, yaxınların itirilməsi, ailə münasibətlərində problemlər göstərilir. Əgər ailədə belə hallar baş veribsə onda insanlar intihara daha çox meyl edirlər. Bu prosesdə uşaqlıqda müəyyən mənəvi və fiziki travmalar önəmli rol oynayır. Hər bir insanın həyat çarxına görə uyğun problemləri olur. Odur ki, problemlərinizə həyatın sonu deyil bir trampilin keçidi kimi yanaşmaq lazımdır.”

Psixoloqun fikirincə intihar hallarının qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir.

“Intiharların qarşısını almaq üçün müxtəlif tədbirlər keçirilməli, qaynar xətt yaradılmalıdır. Bütün insan resusları ilə işləyən peşə qrupları- müəllimlər, sahə həkimləri, sosial isçilər və.s sayıqlıq göstərməli və bu hallarla rastlaşdıqda düzgün istiqamətləndirilməlidır. Bir sözlə məsələni dövlət səviyyəsində köklü şəkildə həll etməyə çalışmalıdırlar.”


ETİKET :  

Daha Çox