-- Adversting 9 --
-- Adversting 10 --

“Sizə nə dəxli var…Gedin işinizlə məşğul olun” - Elmar Vəliyev danışdı

“Sizə nə dəxli var…” - Elmar Vəliyev susqunluğu pozdu

23:30:22 | 2021-05-26

Xəbər verdiyimiz kimi Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsd törətməkdə təqsirli bilinən Yunis Səfərov və onunla birlikdə təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə prosesində Elmar Vəliyevin ekspertiziya cəlb olunması haqqında qərar verilib.

Belə ki, məhkəməyə gəlməkdən imtina edən Elmar Vəliyev anlaqlı olmamasına dair məhkəməyə həkim rəyi təqdim edib.

Yunis Səfərovun vəkillərinin israrından sonra məhkəmə sabiq başçının tibbi ekspertizadan keçirilməsinə dair vəsatətləri qəbul edib.

Gununsesi.info-nun araşdırması zamanı Elmar Vəliyevin məhkəməyə təqdim etdiyi rəyin saxta olduğu bəlli olub.

Belə ki, sabiq icra başçısının ağlının yerində olduğu, biznes strukturlarına şəxsən nəzarət etdiyi deyilir.

Bu günlərdə Gəncənin Hacıkənd qəsəbəsində olan Elmar Vəliyev inşa etdirdiyi otelin təmir işləri ilə şəxsən maraqlanıb.

Bundan başqa Göygöl rayonunun Mixayılovka (Bənövşəli) kəndindəki evində cari təmir işləri gördürən Elmar Vəliyev ustalarla söhbət edib, hansı materialların  alınmasına dair göstərişlərini verib.

Gununsesi.info-nun əməkdaşı sabiq başçıdan məhkəmədən nə üçün yayınmasının səbəbini öyrənməyə çalışıb.

Mobil telefonuna zəng etdiyimiz Elmar Vəliyev “sizə nə dəxli var, məhkəməyə gedirəm yaxud, getmirəm. Gedin, öz işinizlə məşğul olun” - deyərək, telefonun dəstəyini asıb.


ETİKET :  

Daha Çox