-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Samuxun kənd sakinlərinin xəstəxana narazılığı

Samuxda qəsəbədən rayona köçürülən xəstəxana

13:07:35 | 2021-01-26

Samux rayonunun Qarayeri qəsəbəsindəki xəstəxananın bəzi şöbələrinin köçürüləcəyi iddia edilir.

Samuxda yeni xəstəxana tikilir və xəstəxanada müəyyən şöbələr istifadəyə veriləcək.

Qarayeri qəsəbəsinin sakinləri bildirir ki, inşası davam edən xəstəxana yaşadıqları ərazidən uzaqdır, təcili tibbi yardıma ehtiyac duyulduğu təqdirdə xəstələri yeni xəstəxanaya aparmaq çətinlik yaradacaq.

Qeyd edək ki, Qarayeri qəsəbə xəstəxanası 1920-ci ildən fəaliyyət göstərir. Tibb müəssisəsi 7 mindən artıq qəsəbə sakininə xidmət edir. Üstəlik xəstəxanaya ətraf beş kənddən və hətta Şəmkir rayonundan belə müayinə və müalicə üçün üz tutanlar var. Sakinlərin istəyi xəstəxananın köhnə binasında vacib şöbələrin fəaliyyətini saxlamaqdır.

Samux rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Həsənov məsələ ilə bağlı BakuTV-yə bildirib ki, yanvarın 1-dən etibarən respublika üzrə bütün rayonlarda, eləcə də Samuxda İcbari Tibbi Sığorta sisteminə keçid başlanıb.

Onun sözlərinə görə, sistemə keçidlə bağlı hansısa xəstəxananın bağlanmasından söhbət gedə bilməz.


ETİKET :  

Daha Çox