-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.

23:32:53 | 2020-11-17

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

GancaPost.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.


ETİKET :  

Daha Çox