-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Samuxda “PAZ” avtobusların ümidünə qalanlar - VİDEO

Samuxda hələ də əhaliyə “PAZ” avtobusları xidmət göstərir.

15:06:29 | 2019-05-08

Samuxda ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir. 58 min nəfərdən çox əhalisi olan Samuxun 1 şəhər, 5 qəsəbə və 29 kəndi var ki, buranın sakinlərinə hələ də “PAZ” avtobusları xidmət edir.

Rayonda Sovet dönəminin 70-ci illərindən sürülərək bu gün üçün istismarını başa vurmuş "PAZ" markalı avtobusları hələ də marşrut xətlərinə buraxılır. İstifadə müddəti çoxdan bitmiş bu avtobuslar kəndlərdə əhaliyə xidmət göstərməkdədir.

Samuxda rayondaxili avtobuslar axşam saat 17:00-dan sonra işləməməsi də əhalini təngə gətirib.

Sakinlər avtobusların işləməməsi səbəbindən mənzil başına getmələri üçün taksi xidmətlərindən istifadə etmək məcburiyyətindədirlər.

Elmin, texnikanın inkişaf etdiyi, ictimai nəqliyyatın ildən ilə yeniləndiyi bir vaxtda, təəssüflər olsun ki, Samux sakinləri bu köhnə "PAZ"ların ümidinə qalıb.


ETİKET :  

Daha Çox