-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Samuxdakı orta məktəbdə biabırçılıq - VİDEO

Samux rayon Təhsil şöbəsi şagirdlərin qeyri-etik videogörüntüsünü araşdırır.

19:03:37 | 2019-04-18

GencePost.com xəbər verir ki, "Yeni Sabah" portalı dünən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru Abbasova Gülsəba Cəfər qızının özünün vəzifə təyinatının 5 illiyini Gəncədəki İmperial sarayında ziyafət məclisi ilə qeyd etdiyini və bunun səs-küy yaratdığı haqqında məlumat vermişdi. Həmçinin, ziyafətin direktorun pulu ilə deyil müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunduğu bildirilmişdi.

Bu məsələdən sonra məktəblə bağlı başqa faktlar da ortaya çıxıb. Övladları həmin məktəbdə təhsil alan valideynlər bu haqda “Yeni Sabah”a növbəti şikayət ünvanlayıblar. Həmçinin, məktəbdə baş verənlərlə bağlı video da təqdim ediblər. Videoda yuxarı sinif şagirdi olan oğlan və qız məktəbin Fizika kabinetində qeyri-etik hərəkətlər edirlər. 

Valideyn bildirib ki, videodakı qız məktəbin şagirdi, oğlan (H.Ə.) isə məktəbdən qovulmuş şagirddir. Övladları həmin məktəbdə təhsil aldığı üçün o adının açıqlanmasını istəməyib:

“Mənim uşaqlarım da o məktəbdə təhsil alır. Normal halda direktor valideynləri içəri buraxmır. Ancaq qızla sevişən oğlan Fizika kabinetində görün nə oyun çıxardır. Özüm də ziyalı biriyəm. Ancaq o direktor özündən çox razı xanımdır. Mən belə bir şey eləməzdim, amma məcburiyyət qarşısında qalıb bunun işıqlandırılmasını istəyirəm. Yəni bilin ki, məktəbdə belə bir mühit var. Hamısı keçən həftə ərzində olmuş məsələlərdir. Aprelin 14-də tədbir keçirib, bu video da o ərəfələrdə çəkilib. Tədbirdən 3-4 gün əvvəl çəkilmiş videodur. Direktor oğlanın valideynini yanına çağırtdırıb deyib ki, o videonu mənə verin. Valideyn də verməyib və direktor onu hədələyib. Hazırda Samux rayon Təhsil Şöbəsi məktəbə tökülüb. Araşdırma aparırlar…”.

GencePost.com xəbər verir ki, məsələ ilə bağlı Report-un sorğusuna cavab olaraq Samux rayon Təhsil şöbəsindən bildiriblər ki, həmin videogörüntü araşdırılır.

"Samux rayon Təhsil şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır. Araşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək".


ETİKET :  

Daha Çox