-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Samuxda həyətin ortasından qaz xətti keçir - TƏHLÜKƏ

Samuxda qaz xətti həyətin ortasından keçir.

01:39:29 | 2019-09-27

GancaPost saytı xəbər verir ki, söhbət rayonun Kolayır kəndindən gedir.
Kənd sakini Novruz Süleymanova məxsus evin həyətyanı sahəsindən kəndin qaz xətti keçir. İnşaat işlərini başa çatdırmağa mane olan bu hal həyat üçün də təhlükəli sayılır. Ev sahibi deyir ki, qaz xətti həyətyanı sahədən evin tikintisindən əvvəl çəkilsə də, torpaq həmin vaxtda şəxsi mülkiyyətdə olub.
Ev sahibinin sözlərinə görə, qaz xəttinin həyətdən çıxarılması üçün əvvəlcə Samux rayon Qaz İstismar Sahəsinə, daha sonra isə Gəncə Regional Qaz İstismar İdarəsinə müraciət edib. Regional idarədən ev sahiblərinə bildirilib ki, xərclər onun tərəfindən ödənilərsə qaz xətti çıxarıla bilər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, qaz xətti 1979-cu ildən həmin ərazidədir. Torpaq sahəsinin ayrılması və evin tikintisi isə bundan sonra aparılıb və Qaz İdarəsi ilə razılaşdırılmayıb. Xəttin oradan kənarlaşdırılması isə mülk sahibinin hesabına həyata keçirilir. Novruz Süleymanov hətta, 2018-ci il oktyabrın 8-də Gəncə Regional Qaz İstismar İdarəsinə ərizə ilə müraciət edib və xəttin öz vəsaiti hesabına həyətdən çıxarılmasını istəyib. Lakin sonradan hansısa səbəbdən fikrindən daşınıb.
Samux rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən isə "Xəzər Xəbər"ə bildirilib ki, vətəndaşın mülkiyyətə dair sənədləri olsa da, orada tikinti aparılması üçün icazə sənədi yoxdur. Bunun üçün heç müraciət də etməyib. Qurumdan o da bildirilib ki, Novruz Süleymanov qaz xətinin kənarlaşdırılması üçün də rayon İcra Hakimiyyətinə müraciət etməyib: "Müraciət olunsaydı, problemin həlli üçün aidiyyəti qurumlarla birgə ona lazımi kömək edilərdi".


ETİKET :  

Daha Çox