-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Samuxda Bələdiyyə sədri avtomobil qəzasında ölüb

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

00:07:10 | 2019-05-05

GancaPost xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə rayonun Tatlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, Goranboy sakini Sakit Verdiyev idarə etdiyi “Mercedes” markalı, 22-BJ-696 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, daha sonra kanala düşüb.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Sakit Verdiyev Goranboy rayon Baxçakürd kənd Bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.


ETİKET :  

Daha Çox