“2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olundum. Bir il fəaliyyət göstərib, sonra oradan ayrıldım. İşlədiyim vaxt festivallar və yüksək səviyyədə tədbirlər keçirdim. Sonra bəzi problemlər oldu. Ailəm Bakıda qalırdı. Gəncə şəhərinə gedib-gəlmək zaman aparırdı. Orada yeni estrada ansamblı yaratdım. İşimlə bağlı elə olurdu ki, həftələrlə Gəncədə qalırdım. Oranı qurmaq lazım idi. Çox böyük bir filarmoniyadır. Maaşım 360 manat idi. Orada normal qazancım yox idi. Bakıda qazandığımı isə gedib-gəlişə xərcləyirdim” .
GancaPost.info xəbər verir ki, bu sözləri opera ifaçısı, tenor, Xalq artisti Samir Cəfərov “Xəzər” televiziyasında yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən ayrılmasının səbəblərini ilk dəfə gün üzünə çıxarıb: