-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Şəhid olan DSX zabiti Sərxan Muxtarov Gəncədə dəfn edildi

Şəhid olan DSX zabiti Gəncədə dəfn edilib.

14:07:01 | 2021-01-13

Bu gün Gəncə şəhərində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş kapitanı, 1988-ci il təvəllüdlü Muxtarov Sərxan İlqar oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra şəhid Sərxan Muxtarov Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Sərxan Muxtarov ötən gün Qubadlı rayonu ərazisində avtomobillə hərəkətdə olarkən minaya düşüb. Nəticədə S.Muxtarov şəhid olub.

Allah rəhmət eləsin!


ETİKET :  

Daha Çox