-- Adversting 9 --
-- Adversting 10 --

Şəhərimizin problemləri...

Gəncə şəhərinin bu günkü vəziyyəti heç də ürəkaçan deyil.

13:41:53 | 2021-05-17

Bir müddət əvvəl “GancaPost” saytı facebook səhifəsində şəhərimizin problemlərini müzakirəyə çıxartmışdı. Əslində Gəncə sakinləri arasında bu mövzu sosial şəbəkələrdə demək olar ki, hər gün müzakirə olunur.

Bu müzakirələrə qoşulub öz fikrimi qeyd etsəm də düşündüm ki, şəhərimizin qarşılaşdığı bir neçə problemə bir daha diqqət yetirək.

Məlumdur ki, şəhərimizin daxili problemləri kifayət qədərdir.

Gündəlik qarşılaşdığımız və birbaşa bizə təsir edən problemləri qeyd etmək istərdim.

Şəhərimizin görünüşünə təsir edən problemlərdən biri tullantıların yığılması və daşınması ilə bağlıdır. Şəhərin bəzi yerlərində iritutumlu zibil qutularının azlığı və tullantıların vaxtlı - vaxtında daşınmaması halları hələ də qalmaqdadır.

Şəhərin bir çox küçələrində tullantıların atılması üçün kiçik həcmli qutuların olmaması da şəhərin çirklənməsi ilə nəticələnir.

Şəhərdə ciddi təmirə, yenidənqurmaya ehtiyac olan infrastruktur isə YOLdur. Yararsız, bərbad yollar.

Bəlkə də, yağışlı günlərin sona çatmasına ən çox sevinənlər elə Gəncəlilərdir.

Bəzən şəhərimizin problemləri dedikdə yalnız şəhərin mərkəzi diqqət mərkəzində olur. Unudulur ki, şəhərimizin ətrafında kifayət qədər böyük yaşayış massivləri var. Məhsəti qəsəbəsi, Cavad xan qəsəbəsi, Şıxzamanlı qəsəbəsi, Natavan qəsəbəsi və s. Bu ərazilərdə on minlərlə ailə yaşayır, lakin bu ərazilərdə yaşayan sakinlər hələ də torpaqlı, palçıqlı yollardan istifadə etmək məcburiyyətində qalır.

Şəhərin illərdir müzakirə olunan ictimai nəqliyyat problem isə “acı bağırsaq” kimi uzanan problemlər sırasındadır.

Ümumiyyətlə, qeyd etdiyimiz problemlər ümumi qarşılaşdıqlarımızın bir hissəsidir. Biz qısa da olsa problemləri sadalayırıq. Ümid edirik ki, şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar bu problemlərin aradan qaldırılması üçün tədbirlər görəcəklər…

Vüqar (GancaPost.info)


ETİKET :  

Daha Çox