-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rusların keçmiş Gəncə desant diviziyası Qarabağa gəlib

Rusların keçmiş Gəncə desant diviziyası Azərbaycana qayıdıb

17:17:38 | 2020-11-10

Azərbaycan-Ermənistan-Rusiya sülh sazişinin həyata keçirilməsi üçün Azərbaycana göndərilən Rusiya sülhməramlı kontingenti RF Silahlı Qüvvələrinin Azərbaycan kökləri olan 31-ci hava-desant briqadasının hərbi qulluqçularından ibarətdir.

GancaPost.info Turan-a istinadən xəbər verir ki, briqada Gəncədə yerləşən 104-cü qvardiya hava-desant diviziyasının bazasında formalaşıb, 1993-cü ilin fevralında isə Ulyanovsk şəhərinə göndərilib.

1 may 1998-ci ildə diviziya 31-ci Əlahiddə Hava-Desant briqadasına, 1 dekabr 2006-cı ildən isə 31-ci Əlahiddə Desant-Həmlə briqadasına dəyişdirilib.

2013-cü ildən birləşmə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Operativ Reaksiya Qüvvələrinin tərkibinə daxildir və məsuliyyət zonalarında münaqişə tərəfləri arasında sülhü təmin edir.

Desantçılar belə missiya üzrə təcrübəni Gəncədə yerləşdikləri vaxtlardan, həmçinin Sarayevoda humanitar konvoyları müşayiət etmək lazım gəldiyində Bosniyada xidmət üzrə əldə ediblər. Hazırda birləşmənin bu fəaliyyət istiqaməti əsas sayılır.


ETİKET :  

Daha Çox