-- Adversting 9 --
-- Adversting 10 --

“Ruslar olmasa, ermənilər Qarabağda yaşaya bilməz”

Separatçıların lideri etiraf edib ki, ruslar olmasa, ermənilər Qarabağda yaşaya bilməz

22:59:28 | 2021-06-03

"Rusiya və onun ordusu olmadan regionda uzunmüddətli sülh və sabitliyi təmin etmək olmaz".

GancaPost.info saytı "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, bu barədə Qarabağ separatçılarının lideri Araik Arutyunyan Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının iştirakı ermənilərin Qarabağda qalmasının zəmanətidir.

Eyni zamanda, Arutyunyan əlavə edib ki, Dağlıq Qarabağ öz müstəqilliyi uğrunda mübarizəni davam etdirəcək, müstəqilliyin alternativi yoxdur. O, Qarabağın Azərbaycanın tərkibində qalmasını istisna edib, xalqın heç vaxt buna imkan verməyəcəyini qeyd edib. “Müstəqillik uğrunda mübarizə davam edir. Bu, uzun prosesdir, amma biz məqsədimizə nail olacağıq”, deyə Arutyunyan bildirib.


ETİKET :  

Daha Çox