-- Adversting 9 --
-- Adversting 10 --

“Ruslar heç vaxt heç yerdən könüllü olaraq çıxmırlar”

Aleksandr Sıtin: “Azərbaycan anlamalıdır ki, ruslar heç vaxt heç yerdən könüllü olaraq çıxmırlar”

17:17:34 | 2021-06-08

GancaPost.info xəbər verir ki, bu sözləri AYNA-nın suallarını cavablandıran Rusiyalı politoloq, tarix elmləri doktoru, “North&Eastern Europe Research Political Center”-in rəhbəri Aleksandr Sıtin bildirib.

“Ruslar heç vaxt heç yerdən könüllü olaraq çıxmırlar. Azərbaycan bunu anlamalıdır, amma istədiyiniz qədər danışa bilərsiniz. Və Rusiya onun üçün zərərli görünən və ya (Rusiya) buna zorla məcbur edilmədiyi təqdirdə heç vaxt heç bir öhdəliyi yerinə yetirməyib.

Buna görə də, “Artsax”ın mahiyyəti etibarilə ermənilərin ərazisi olaraq qalacağını, statusunun isə Rusiya sülhməramlıları və rusların ermənilərlə sarsılmaz strateji ittifaqı tərəfindən təmin olunacağını anlamalıyıq. Gündəlik həyatda ruslar erməni xalqını qardaş hesab edirlər, Kreml isə Ermənistanla strateji bir ittifaq xəttinə sadiqdir, bu da prinsipcə yeni yanaşma deyil. Deməli, “Artsax” formal olaraq Azərbaycana məxsus ərazidə bir ORDLO-dur (Donetsk və Luqansk Bölgələrinin İşğal Edilmiş Əraziləri)” - deyə politoloq deyib.


ETİKET :  

Daha Çox