-- Adversting 9 --
-- Adversting 10 --

Rusiyanın 23 şəhərindən Gəncəyə uçuşlara icazə verilib

Rusiyanın 37 şəhərindən Bakı və Gəncəyə uçuşlar həyata keçiriləcək.

14:04:37 | 2021-07-06

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “S7 Airlines” aviaşirkətinin RF-nin 37 şəhərindən Bakı və Gəncəyə uçuşlar həyata keçirməsinə icazə verib.

GancaPost.info xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

Aviaşirkətə RF-nin 14 şəhərindən (Orenburq, Vladiqafqaz, Nalçik, Rostov-Don, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala, Jukovski aeroportu (Moskva ətrafı)) Bakıya reyslər həyata keçirməyə icazə verilib. Aviaşirkət bu şəhərlərdən Bakıya həftədə üç dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.

Bundan başqa, “S7 Airlines”in RF-nin 23 şəhərindən (Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Minvodı, Volqoqrad, Həştərxan, Vladiqafqaz, Nalçik, Rostov-Don, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala, Jukovski aeroportu) Gəncəyə həftədə 3 dəfə reys yerinə yetirməsinə icazə verilib.

“Royal Flight” aviaşirkətinə isə üç şəhərdən (Rostov-Don, Krasnodar və Soçi) Bakıya həftədə 2 dəfə reyslər yerinə yetirməyə icazə verilib.


ETİKET :  

Daha Çox