Rusiyanın ən zəngin ailələri - SİYAHI

Qutseriyevlər artıq beşinci ildir ki, ən zəngin Rusiya ailələrinin reytinqində birincidir.
GancaPost bildirir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Üstəlik, "Safmar" qrupunun təsisçisi Mixail Qutseriyev və onun ailəsinin sərvəti bir ilə 320 milyon dollar azalıb. Ancaq onlar yenə də 5,65 milyard dollar sərvətlə birinci yerdə qərarlaşıblar.
"Forbes" siyahısında ikinci yer 5,18 milyard dollarlıq var-dövləti olan Rotenberqler ailəsinə məxsusdur.
Üçüncü yerdə Şaymiyevlər ailəsidir. Tatarıstanın birinci prezidenti Mintimer Şaymiyevin oğulları Radik və Ayrat öz kapitallarını bir il ərzində 320 milyon dollar artıraraq, 2,8 milyarda çatdırıblar.
Siyahının 10-luğunda yer alan digər ailələr:
Qapontsevlər - 2 milyard dollar
Yevtuşenkovlar - 1,94 milyard dollar
Rəhimqulovlar - 1,89 milyard dollar
Linniklər - 1,6 milyard dollar
Sarkisovlar - 1,6 milyard dollar
Bajayevlər - 1,51 milyard dollar
Mixaylovlar - 1,16 milyard dollar
Ötən il onluqda olan Məhəmmədovlar, Şalamovlar və Zubitskilər bu il siyahıya düşə bilməyiblər.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay